Suriya PKK qüvvələrini məhv etməyi planlaşdırır

media-hightechnic-468x90

Suriyanın Müdafiə Nazirliyi ölkənin şərq bölgələrində fəaliyyət göstərən PKK qüvvələrini tamamilə məhv etməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, Suriya müvəqqəti hökumətinin müdafiə naziri Həsən əl-Həməd bu barədə özünün sosial media hesabında yazıb.

“Xalq Suriyanın şərqində fəaliyyət göstərən PKK terrorçularından qurtulmağı tələb edir. Separatçı layihələr məhv edilməyənədək Suriyada təhlükə bitməyəcək”, – deyə o bildirib.

Xatırladaq ki, noyabrın sonunda Suriya müxalifəti hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 8-də Dəməşq nəzarət altına alınıb və prezident Bəşər Əsəd ölkədən qaçıb. Dekabrın 10-da Xilas hökumətinin rəhbəri Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək Suriya keçid kabinetinin rəhbəri təyin olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600