Suriyada TOQQUŞAN MARAQLAR: “ABŞ okeanın o tayından gəlib Türkiyəyə hökm edə bilməz”

media-hightechnic-468x90

“Türkiyə heç zaman razı olmayacaq ki, onun Suriya üzərindəki təsirini heçə endirsinlər”.

media-banner_tuq

Bu sözləri İsrailin Türkiyənin Suriyada təsirinin artmasının qarşısını almaq üçün atdığı addımlar, Rusiya bazalarının qalması üçün apardığı siyasəti Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O, bildirib ki, İsrail Türkiyənin təsirini azaltmaq üçün ABŞ-dən istifadə etmək istəyir:

“Suriyada hakimiyyət dəyişikliyində, Bəşər Əsədin yıxılmasında Türkiyə tərəfi milyonlar xərcləyib, böyük itiklərə məruz qalıb. Türkiyənin canlı qüvvəsi iştirak etməsə də, Türkiyəyə bağlı qüvvələr iştirak edib. İsrail sadəcə Türkiyənin bu cür genişlənməsini qəbul edə bilmir”.

“İsrail ABŞ-ni öz yanına çəkərək Türkiyəyə qarşı təzyiqlər göstərməyə, Türkiyə qoşunlarının oradan çıxarılmasını istəyir. Türkiyə heç zaman razı olmayacaq ki, onun Suriya üzərindəki təsirini heçə endirsinlər. Suriya prezidenti də ikiüzlü siyasət həyata keçirir. Suriya Türkiyənin təsir dairəsində olan ölkədir. ABŞ okeanın o tayından gəlib Türkiyəyə hökm edə bilməz”.

Səxavət Məmməd

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05