Suriyada yeni hökumət quruldu

media-hightechnic-468x90

Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa ölkənin yeni hökumətinin tərkibini açıqlayıb və onu “dəyişikliklər hökuməti” adlandırıb.

  • Yenicag.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Əş-Şaraa vurğulayıb ki, yeni hökumətin prioritetləri korrupsiyaya qarşı mübarizə, ordunun inkişafı və iqtisadiyyatın gücləndirilməsi olacaq.

Telekanalın məlumatına görə, xarici işlər naziri Əsəd əş-Şeybani və müdafiə naziri Mirhaf Əbu Qusra öz postlarını qoruyublar. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Ənəs Xəttab daxili işlər naziri təyin edilib.

Əmək və sosial məsələlər naziri Hind Kabavat isə yeni hökumətdə yeganə qadın olub.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600