Sürücü avtomobili insanların üstünə sürdü: Yaralılar var

Böyük Britaniyanın Birmingem şəhərində sürücü avtomobili insanların üstünə sürüb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərdəki məscidin yaxınlığında baş verib. İnsident nəticəsində 2 nəfər xəsarət alıb.

Polis hadisəni terror aktı hesab etmir. İlkin versiyaya görə, sürücü idarəetməni itirdiyi üçün belə bir qəza baş verib.