Reklam: High Technic
hightechnic

Sürücü beton qarışdıran qurğunun arasına düşərək öldü – Bakıda

Bakıda zavodda ölüm hadisəsi baş verib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzinə məxsus beton zavodunda qeydə alınıb. Orada sürücü işləyən, 1967-ci il təvəllüdlü Nurəddin Yaşar oğlu Hümbətov beton qarışdıran qurğunun arasına düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.az

www.yenicag.az

110