Sürücü sizi yarı yolda düşürə bilərmi? – Taksi qayda pozuntularına EKSPERTDƏN AÇIQLAMA/VİDEO
Taksi xidmətlərində sərnişinlərlə sürücülər arasında yaranan mübahisələr və hüquq pozuntuları məsələsi yenidən gündəmə gəlib. Xüsusilə sifariş zamanı tətbiqdə göstərilən avtomobil və sürücünün fərqli olması, sərnişinin əsassız şəkildə yarı yolda endirilməsi kimi hallar ciddi narazılıqlara səbəb olur.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hüquq pozuntusunun xarakterindən asılı olaraq sərnişin müxtəlif qurumlara müraciət edə bilər.
Ekspertin sözlərinə görə, əgər sərnişinə qarşı nalayiq hərəkətlər edilərsə və hüquqları bir vətəndaş kimi pozularsa, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməlidir:
“Əgər sərnişinin hüququ bir vətəndaş kimi pozulursa, yəni sərnişinə qarşı nalayiq hərəkətlər edilirsə, əlbəttə ki, bu zaman sərnişin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edə bilər”.
Ekspert bildirir ki, sürücü sifarişi qəbul etdisə, sizi mənzil başına çatdırmalıdır. Sərnişini yarı yolda endirmək üçün yalnız ciddi əsas (məsələn: sərnişinin sərxoş olması və ya xəbərdarlıqsız ev heyvanı daşıması) olmalıdır. Digər hallarda bu, qanunsuzdur.
Ətraflı videomaterialda:
Samir Məcidov













