Sürücülərə şad xəbər-Fotolar
Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində işlər davam edir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, həyata keçirilən işlər çərçivəsində Qələbə kinoteatrı qarşısındakı dairədə genişləndirilmə işləri başlanıb.
“Sözügedən ərazidə dairənin diametri kiçildilərək hərəkət zolaqlarının sayı artırılır. Artıq yol yatağı hazırlanan hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb”, – deyə Pünhan Mürsəliyev vurğulayıb.
Əlavə olaraq hərəkət istiqaməti dəyişdirilən hissəyə qoyulmuş beton bloklar mərmər səki daşı ilə əvəzlənəcək.
Qeyd edək ki, işlərin mart ayı ərzində yekunlaşması gözlənilir.