Sürücülərə xəbərdarlıq: Bu yol bağlanır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Akademik Milli Dram Teatrı ətrafındakı yolları qismən məhdudlaşdıracaq.

Qurumdan Yenicag.az-a verilən məlumata görə, Akademik Milli Dram Teatrının ətrafında olan yollarda aparılan profilaktik işlər çərçivəsində noyabrın 17-18 tarixlərində sözügedən ərazidə hərəkət işlərin aparıldığı hissələr üzrə qismən məhdudlaşdırılacaq, amma yolun bağlanması nəzərdə tutulmur.

“AAYDA sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir”, – deyə məlumatda vurğulanıb.