Sürücülərin diqqətinə! Bu yol da bağlandı

media-hightechnic-468x90

3088272d7c76e6a424cceca356c6547eŞəhər istiqamətində asfalt-beton örtüyünün üst qatının frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri də davam etdirilir

media-banner_tuq

Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində əsas yol aprelin 12-si səhər saatlarından nəqliyyatın hərəkəti üçün bağlanıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, hazırda Böyükşor qovşağının qarşısından şəhər istiqamətində mövcud asfalt-beton örtüyünün üst qatının frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri davam etdirilir.

Paralel olaraq Bağırov körpüsünün ətrafında yağış kanalizasiya sisteminin quraşdırılması üçün müvafiq işlər aparılır.

Məlumatda o da bildirilir ki, Heydər Əliyev prospektinin şəhər istiqamətindən Böyükşor qovşağına qədər olan hissəsinin aprelin 12-dən aprelin 13-ə keçən gecə bağlanması nəzərdə tutulsa da, “Azəryolservis” ASC planlaşdırılan qrafiki qabaqlamaq məqsədilə həmin hissədə nəqliyyatın hərəkətini dayandıraraq təmir işlərinə start verib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05