Sürücülərin DİQQƏTİNƏ! Bu yolda əsaslı təmir işlərinə başlandı

media-hightechnic-468x90

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən avtomobil yolunun tikintisinə başlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər yolda birinci mərhələdə işlər başa çatdırılacaq:

 

“Bu ilin sonuna qədər çalışacağıq ki, heç olmasa yolu ikiqat asfaltlayıb, sürücülərin istifadəsinə verək. Növbəti mərhələ isə gələn il başa çatacaq. Gələn il 3-cü lay asfalt vurulmaqla tam olaraq yolda işlər bitəcək. 2021-ci ildə yolda təmir işləri tam başa çatacaq və istifadəyə veriləcək. Amma ilin sonuna kimi sürücülərimiz geniş, 1-ci dərəcəli yoldan istifadə edə biləcəklər”.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600