!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücülük vəsiqəsi üçün tibbi arayış “HUMANİZMİ”: “İnsanın hər hansı ciddi sinir patologiyası varsa...”

!Reklam – Yazi

“Fərdin ciddi sinir və ruhi patologiyası varsa, həmin şəxsə tibbi arayış verilə bilməz”.

Bu fikirləri sürücülük vəsiqəsinin əldə olunması üçün tibbi arayışların verilmə şərtlərinin sərtləşdirilməsinin vacibliyi haqda danışan dosent Aydın Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, insanlar tibbi arayış almaq üçün bir sıra analizlər verməklə yanaşı, nevropatoloq müayinəsindən də keçməlidirlər.

“Çox təəssüf ki, bu gün cəmiyyətdə cinayət halları çoxalıb. Bu çox böyük problemdir. Avtomobil idarə etmək istəyən şəxslər sürücülük vəsiqəsi almaq üçün rentgen, ağciyər, kardioloq, laboratoriya analizləri, qlukoza-şəkər müayinələrindən başqa 8 həkim mütəxəssisdən, o cümlədən, görmə, eşitmə, sinir xəstəlikləri ilə əlaqədar nevropatoloq müayinəsindən də keçməlidirlər.

İnsanın hər hansı ciddi sinir, ruhi patologiyası varsa, özündən asılı olmayaraq cinayət törətməyə meyilli olacağı üçün həmin şəxsə tibbi arayış verilə bilməz. Lakin verilibsə, bu məqam hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

Güman edirəm ki, məlum ağır cinayəti törətmiş şəxs də hazırda psixi, sinir pozğunluğu ilə əlaqədar həkimlər tərəfindən yoxlanılır və lazimi qurumların təkidi ilə cəmiyyətə bu barədə məlumat veriləcək”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv