Şuşada ilk dəfə “Son zəng” tədbiri keçirildi
Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə işğaldan sonra ilk dəfə “Son zəng” tədbiri keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov və digər qurumların rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.
Məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Tədbirin sonunda məzunlara tam orta təhsil haqqında attestatlar təqdim edilib.
Qeyd edək ki, bu il həmin məktəbdən səkkiz şagird məzun olur.