Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şuşada ilk istehsal müəssisəsi fəaliyyətə başladı - FOTO

“Sumqayıt-Çörək” ASC İqtisadiyyat Nazirliyinin dəstəyi ilə mədəniyyət beşiyi hesab olunan Şuşada ilk istehsal müəssisəsi – çörək istehsalı sahəsi açıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu böyük zəfər iqtisadi imkanların genişlənməsi və yeni layihələrin icrası, eyni zamanda sahibkarlıq üçün də geniş imkanlar açır.

Bu imkanlardan yararlanan “Sumqayıt-Çörək” ASC 20 gün ərzində təşkil edilmiş müəssisə gündəlik olaraq 2 çeşiddə 5000 ədəd çörək istehsal edir. İstehsal sahəsində 10 nəfər işlə təmin olunub. Müəssisə bölgədə xidmət aparan əsgər və zabitlərimizi çörəklə təmin edir.

Fasiləsiz işin təşkili məqsədilə müəssisə fərdi generatorla, su sistemi ilə təmin olunub. Tələbatın artacağı təqdirdə istehsalın həcminin və məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılması nəzədə tutulur.

www.yenicag.az

368