Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şuşadan dünyaya meydan oxuma və ya Makronun nazı ilə daha nə qədər oynayacağıq? - “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

Reklam: High Technic

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda 21-ci buraxılışı ilə görüşünüzə gəlib.

Şuşadakı “Xarı Bülbül” festivalı, Azərbaycan-Ermənistan sərhəddi ilə bağlı gərginliyə Fransa prezidenti Makronun ermənipərəst reaksiyası, Operativ Qərargahın səhvləri və Şuşanın icra başçısı Bayram Səfərovun konsert zamanı yatması kimi həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus tərzdə şərh edir.

Buraxılışın mətni:

Dünyada heç kim tamaşaçı skamyasındakı cəsur insanları alqışlamaz. Alqışlar yalnız səhnədəki qəhrəmanlar üçündür.

*

Şuşadan dünyaya muğam (oxu: meydan) oxuma

Əslində, Makronun banlamasını da, Lavrovun gərginliyini də bu baxımdan anlamaq mümkündür.

Çünki Azərbaycan 30 il sonra üzərindəki ölü torpağı silkinərək üzərindən atıb və hər kəslə anladığı dildən danışır. Ali Baş Komandan şəxsən səhnədədir və təkbaşına bunların alayına meydan oxuyur. Bəli, bir neçə gün öncə də Şuşada oxunan heç də muğam deyildi. Bu, erməniyə və erməniçilərə meydan oxumaq idi ki, o səhnədə bu gerçəkləşdi. Ancaq bunu o qədər diplomatikcəsinə edir ki, Paşinyan əlinə aldığını yerə qoymadan zəng edir bütün qohum-əqrabasına.
Bəlkə də, indi Nikol Annanın saçını yolur ki, ay axçi, ay porrnik, sənə lazım idi, camaatı Cıdır düzündə muğam dinləməyə, çay içməyə çağırmaq?

*

Operativ Qərargah yoxsa absurd qərarlar mənbəyi

Nazirlər Kabineti Yanında Operativ Qərargaha maskanın milləti vərəmlətdiyini o gün yazmışdım. İndi isə başqa bir absurda diqqət çəkmək istəyirəm. Qış aylarında gecə 00:00-a qədər restoranların fəaliyyətinə icazə verməyinizi anlayışla qarşılayırdıq. Artıq günlər uzanıb və istəsək də, istəməsək də, gecə 01:00-a, 02:00-a kimi küçələrdə, parklardadır insanlar. Olmazmı ki, bu karantin mirətinizi restoranlar üçün bağlanış saatını 00:00 yerinə 02:00 edəsiniz? İki saatın içində virus mutasiyaya uğrayıb, qabağına keçəni dişləyəcək ya üzünə asqıracaq? Zatən, küçədə ağzımızı bağlayıb, restoranda açdıraraq dünyanın ən mənasız qadağasına imza atmısınız, barı bağlanışı 00:00 yerinə 02:00 edin, insanımız restoranlarda rahat nəfəs alsınlar…

*

Makronu susdurmağın sadə yolunu niyə seçmirik?

Fransaya, fransız şirkətlərinə Azərbaycanın verdiyi xeyiri nəinki erməni diasporu, heç Makronun əcdadı verməyib. Ancaq hər fürsətdə bu fransız xoruzu ermənidən betər ermənilik edir. Niyə? Çünki arxayındır ki, Azərbaycan hökuməti bunların bu əclaflığına qarşılıq olaraq heç bir fransıza “gözün üstə qaşın var” deməyəcək.

Nazirlər Kabineti ancaq xalqı maska ilə boğmağa yarayır? Hər şeyi mütləq Prezident deməli və etməlidir? İqtisadi sanksiyalar tətbiq edin, hesablarını “texniki səhv”lə dondurun, narahat edin bu şirkətləri. Süründürün dövlətimizin qapılarında. Qoy onlar da öz ölkələrinə şikayət etsinlər. Qoy onlar da dövlət süründürməçiliyini ən az biz qədər yaşasınlar.

Ha, ölkəmizdə fransız adı altında ancaq özümüzünkülərdilərsə, o başqa məsələ… Sən canın, onda bu yazdıqlarıma fikir verməyin…

*
Bayram kişinin sirri…

Bayram kişi bu dəfə də Şuşada, həm də festivalın ən şıdırığı vaxtında yatdı. Əslində, yatması ilə bağlı söz-söhbət bədxahlarının uydurmasıdır.

Bayram kişi o mahnıları ruhu ilə dinləmək üçün qəlb gözünə üstünlük vermişdi ki, AzTV bütün sirri pozdu. Bu arada sizə bir sirr verim ki, mən də bir dəfə rəhmətlik Zəlimxan Yaqubun bir poeması oxunarkən kitabın 3-cü səhifəsində yatıb, sona az qalmış, 200-cü səhifəsi oxunarkən oyanmışdım. Yəni yatmaq yüksəliş üçün tramplin sayılırsa, vallah bu barədə kifayət qədər təcrübəm var, görün neynirsiniz, canlar….

Loading...

www.yenicag.az

466
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100