Şuşanı itirən separatçı “general”ın ŞOK HƏBSİ – 3 ildir ki...
Sentyabrın 1-də qondarma rejimin keçmiş “hərbi komandan”ı Mikael Arzumanyanın həbs olunmasının 3 ili tamamlandı. O, hazırda məhkəmə qərarı ilə həbsdə saxlanılır.
Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Arzumanyan 44 günlük müharibə dövründə – 2020-ci il oktyabrın 27-də ağır yaralanmış Cəlal Arutyunyanın yerinə “Müdafiə Ordusu”nun “komandan”ı təyin olunmuşdu. Müharibədən təxminən bir il sonra “vəzifə”dən uzaqlaşdırılan “general-leytenant” daha sonra Qarabağdakı separatçı qurumun “rəhbərliyi”ndə müşavir postuna gətirildi. Ardınca isə barəsində cinayət işi açılaraq həbs edildi.
Ona qarşı Şuşa və ətraf ərazilərin müdafiəsinin təşkili zamanı xidməti səhlənkarlığa yol vermək ittihamı irəli sürülüb. İstintaq materiallarına əsasən, Arzumanyan kifayət qədər canlı qüvvə mövcud olduğu halda, müdafiə xəttinin boş qalmış sahələrinə əlavə qüvvə yerləşdirməyib. Bunun nəticəsində də həmin dövrdə Azərbaycan ordusu şəhərə tam nəzarəti bərpa etmişdi.
Məlumata görə, 2020-ci il noyabrın 6-dək onun imzası ilə hazırlanan sənədlərdə vəziyyətin nəzarətdə olduğu göstərilsə də, noyabrın 5-də artıq Azərbaycan hərbçiləri Şuşaya daxil olmuşdular. Hazırda Arzumanyanın məhkəmə iclasları qapalı keçirilir.
Rafi Müslümov