!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Susuzluqdan yanan Çinarlı qəsəbəsi - Sakinləri imtahana çəkən kimlərdir?

!Reklam – Yazi

Şəmkir rayonunun Çinarlı qəsəbəsinin sakinləri yenə də susuzluqdan əziyyət çəkirlər.

Yenicag.az-a daxil olan şikayətə görə, kənd təsərrüfatı ilə məşğul olan fermerlər bütün əkin sahələrinə su verilməməsi ilə bağlı etiraz edirlər.

Şikayətçilərin sözlərinə görə, əvəllər yonca əkilən 152 hektar ərazidə hazırda taxıl əkilib. Sadəcə 2,3, 4 və 5 hektar olan ərazilərin sulanması üçün şərait yaradılsa da, digər ərazilərə su verilmir. Su tələb edən fermerləri isə danışığa çağırırlar. Baxmayaraq ki, ərazi üçün tələb olunan sığorta və ödənişlər rəsmi şəkildə yerinə yetirilib. Ərazilərə su verilmədiyinə görə sahələr susuzluqdan yanır.

Şəmkir rayonunun Çinarlı qəsəbəsinin sakini Məhəmməd Zeynalzadə saytımıza şikayətində bildirib ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Çinarlı qəsəbəsindəki müdiri yaranan vəziyyətə laqeyd yanaşmaqla fermerləri incidir:

“Şikayətimiz su problemi ilə bağlıdır. Biz 152 hektar ərazidə taxıl əkmişik. Taxılı oktyabrın 12-də səpmişik. Bu günə qədər idarədən su ala bilmirik. Bizdən başqa, hər kəs öz ərazisini sulaya bilir. Bu yaxınlarda Su İdarəsinin müdirinin qəbulunda olduq. Bizə dedilər ki, hesab nömrəsi açılacaq. Lakin ortada nə hesab nömrəsi, nə də su var. Müdirin müsahibi bizə deyir ki, yağış yağsa sizə su verəcəyik, yağmasa verməyəcəyik. 20 nəfərə yaxın adam şikayətə getmişdik. Kəndimizdə bizdən başqa hər kəs öz əkin ərazini sulaya bilir. Təkcə bizə su verilmir. Həmin Su İdarəsinin ucbatından 42 hektar yoncamızı şumlamışıq. Fikirlərini və məqsədlərini anlaya bilmirik. Bir aydır ki, toxum səpmişik, amma bizə su verilmir. Su idarəsi bizə heç bir səbəb də demir. Ölkə başçısı hər çıxışında bildirir ki, kənd təsərrüfatına, xüsusilə də taxıl əkininə qayğı göstərin. Halbuki müvafiq qurum ölkə başçısının bu çıxışlarını vecinə almır”.

Mövzu ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin Çinarlı qəsəbəsi üzrə su idarəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz alınmadı.

Xatırladaq ki, Çinarlı sakinlərinin şikayətləri bir neçə ay bundan öncə Yenicag.az-da işıqlandırılmış, daha sonra problem həll edilmişdi. Məsələ tərəfimizdən ictimailəşdirildikdən sonra Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv