Tacikistan-Qırğızıstan sərhədində atışma baş verdi

media-hightechnic-468x90

Tacikistan hərbçiləri Qırğızıstan sərhədçiləri ilə birgə sərhədin müəyyən edilməmiş hissəsində atışma zamanı minaatanlardan istifadə ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə Qırğızıstan sərhəd xidməti məlumat yayıb:

“Sentyabrın 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahlı insident baş verib. Tacikistan tərəfi minaatanlardan istifadə edib. İlkin məlumatlara görə, Qırğızıstan tərəfdən ölən və yaralanan olmayıb”.

İnsident Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı ərazisində baş verib.

Tərəflər arasında gərginliyin qarşısını almaq məqsədilə telefon danışıqları olub, görüş planlaşdırılır./Oxu.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa