Tacikistan və İran prezidentlərinin Azərbaycana səfəri sona çatdı
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.
Yenicag.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Emoməli Rəhmonu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.
***
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.
Yenicag.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər salıblar.