!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tacikistanda MDB ölkələrinin gənclər təşkilatlarının forumu keçirilib - FOTO

!Reklam – Yazi

2024-cü ilin 25 Sentyabr-2 oktyabr tarixlərində Tacikistanda MDB ölkələrinin Gənclər Təşkilatlarının Beynəlxalq Forumu keçirilib.

Yenicag.az  xəbər verir ki, MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar əməkdaşlıq Fondunun dəstəyi, Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi və “Gənclər Evi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan forumda “Dünya Azərbaycanlıları Gənclər Təşkilatı” İB-nin üzvləri və katibliyi də iştirak edib.

Forumda ölkəmizi “Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım” İB-nin sədri Əfsələddin Ağalarov, ADU-nun Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev, DAGT-nin baş katibi Nəzrin Süleymanova, aktiv gənclər Fidan Hüseynova və Ayla Axundova təmsil ediblər.

İştirakçılar MDB məkanında beynəlxalq əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələlərini müzakirə edib, iqtisadi sahədə gənclər arasında tərəfdaşlığın inkişafı, strateji istiqamətlərin işlənib hazırlanması və həyata keçirilməsi prosesində gənc mütəxəssislərin aktiv iştirakı, yeni layihə təşəbbüsləri barədə müzakirələr aparıblar.

GSİİYİB sədri Əfsələddin Ağalarov forumun təşkilatçılığını yüksək qiymətləndirib.

COP29

www.yenicag.az

88
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv