Tacir Şahmalıoğlu TƏƏSSÜFLƏNDİ: “Hələ çox at oynadacaqlar”

media-hightechnic-468x90

“Sənətdən xəbəri olmayan müğənnilər hələ meydanda çox at oynadacaq”.

Bu sözləri Yenicag.az-a açıqlmasında tanınmış müğənni Tacir Şahmalıoğlu deyib.

Tamaşaçı zövqünün korlanmasından şikayətlənən sənətçi bu məsələdə həmkarlarını da qınamır:

“Trendə düşmək üçün baxış sayı yüksək olmalıdır, buna da pulla nail olurlar. Artıq pul verirsən, baxış sayını artırırsan, düşürsən trendə. Günah tamaşaçıdadır, bayağı musiqilərlə onların zövqünü korlayıblar. Pul verib baxış sayı artırmaqla mahnılar təbliğ olunur. Düz danışanda da olursan pis. Düzə yer yoxdur, buna görə də kimlərlə isə düşmən olmaq istəmirəm. Heç deməyim də heç nəyi dəyişmir.

Bəzən nə isə deyirsən, bayağı deyilən o müğənnilərin fanatları düşür üstünə. O müğənniləri də qınamıram, öz dinləyiciləri var. Sadəcə olaraq zövqlər dəyişməlidir. Bu həll olunana qədər səsi olan sənət adamlar qıraqda qalacaq, oxumaqdan xəbəri olmayanlar isə trend olacaq. Ara yerdə əsl sənətçilər qurban gedəcək. Amma belə tezliklə zövqlərin dəyişəcəyinə də ümid etmirəm. Bunun üçün illər tələb olunur. Gələcəkdə hələ nələr görəcəyik, bu da bəlli deyil. Bu gedişatla musiqimiz bərbad vəziyyətə düşür. Bəzən elə oxuyanı tərifləyirlər, hansı ki, bu heç tərifə layiq deyil. Sənətdən xəbəri olmayan müğənnilər hələ meydanda çox at oynadacaq”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600