Tacir Şahmalıoğludan ŞOK AÇIQLAMA: “Şər atıblar, səsimi batırmaq istəyiblər”
“O qədər ayağımdan çəkiblər, o qədər mənə şər atıblar ki… Səsimi də batırmaq istəyənlər olub”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlu deyib.
Müğənni “sənət cameəsində paxıllığınızı çəkən insanlar çox olub” sualını cavablandırıb:
“O qədər ayağımdan çəkiblər, o qədər mənə şər atıblar ki… Səsimi də batırmaq istəyənlər olub. Böyüklərimdən aldığım tərbiyəyə görə bilirəm ki, paxıllıq edən insan özünə ziyan vurur, ürək ağrısı tapır, vərəmləyir. Allah qaldıranı bəndə yıxa bilməz. Üzümə gülüb, arxada ayağımın altını qazanları gözəl tanıyıram. Mənə əsl sevgi bəsləyən insanlar, fanatlarım var. Ad günüm yadımdan çıxır, yadıma salırlar, musiqilərimi paylaşırlar. Elə insanlar var ki, haqqıma da girmək istəyirlər, amma Allah qoymur. Çünki illərlə zülmlə qazandığım uğuru özlərinin adlarına yazmaq istəyənlər çoxdur. Amma bilsinlər ki, o paxıllıq özlərini yıxacaq”.
Cəvahir