“Elə yer var, orada muğamı qısa oxumaq lazımdır, elə yer var dəstgah oxuya bilərsən”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni və muğam ifaçısı Tacir Şahmalıoğlu deyib. O, əsl sənətkarın repertuarı publikaya uyğun seçdiyini bildirb: “Hər oxumağın öz yeri var. Elə yer var, orada yarım saatdan artıq muğam oxuyarsan, yormazsan kimisə. Əksinə, səni dinləyərlər, Yer də var ki, sən orada muğam oxuyarsan, dinləməzlər. Sənətkar harada, nə oxuduğunu bilməlidir. Sənətkar publikanı nəzərə alınmalıdır.
Elə yer var, orada muğamı qısa oxumaq lazımdır, elə yer də var dəstgah oxuya bilərsən. Allah rəhmət eləsin, daim bəhrələndiyim xanədə Yaqub Məmmədov həmişə oxuyanda dinləyicini həsrətdə qoyurdu. Doymurdular ondan. Sənətkar yerini və harada nə oxumağı bilirdi. Buna görə də hörmət-izzət qazanmışdı, sevilirdi.
Bayağı oxuyanlara gəlincə, onlar oxumaqdan əvvəl “fırıldağı” öyrəniblər. Əllərində 20-30 hazır mahnı var, oxuyurlar, dinləyicini cəlb edir. Muğam oxuyan da gərək elə performans göstərsin ki, oxuyanda “əhsən” deyələr. Əvvəllər səsi də seçirdilər, oxuyanda bilirdin, kim kimdir. Məsələn, Şövkət Ələkbərova, Elmira Rəhimova, Rəşid Behbudov, Arif Babayev Alim Qasımov və digərləri əsl səs sahibləridir. O səs ki, insanın ruhuna hakim olur, onları dinləməkdən doymursan”.
Cəvahir