Tacirlə Vasif arasında QARŞIDURMA: “Hansı səviyyədən danışırsan?!”
Müğənni Vasif Məhərrəmli ilə Tacir Şahmalıoğlu arasında narazılıq yaşanıb.
Yenicag.az xəbər verir ki, buna səbəb Vasifin onun barəsində səsləndirdiyi bu fikirlər olub:
“Mən Taciri daha böyük zirvədə görmək istəyirəm. Tacir bu səslə Amerika, Avropa səhnələrində oxumalıdır”.
Bu sözlərdən xoşlanmayan Şahmalıoğlu “Rəngarəng” verilişində həmkarına əsəbiləşib:
“Tacirin fəth etdiyi səhnəni heç kim fəth etməyib. Sən hansı səviyyədən, zirvədən danışırsan?! Amerikada nə işim var?! Azərbaycan dilində oxuyuram. Sən fil qulağında yatmısan, mahnımı dünya dinləyir. Mənim səsim Hollivuddan, Çindən, Moskvadan gəlir. Bilmədiyin nəyəsə fikir bildirmə. Toylar var ki, qurbanı gəlinin yox, mənim ayağımın altında kəsirlər”.
Nehru