!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TADİV: "Rusiya rəsmi açıqlama verərək Azərbaycandan üzr istəməlidir"

!Reklam – Yazi

“Tərəflər detallı rəsmi açıqlama yayamasalar da, təyyarənin gövdəsindəki izlər və Azərbaycan rəsmilərinin verdiyi məlumatlardan hadisənin Rusiya Federasiyasının hava sərhədlərindən, Qroznıya yaxın ərazidən atılan raketin dəyməsi nəticəsində baş verdiyi anlaşılır”.

Yenicag.az xəbər verir ki, bu barədə AZAL-ın təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Türkiyə-Azərbyacan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun yaydığı bəyanatda bildirilib.

Azərbaycana başsağlığı verilən bəyanatda bu ifadələr yer alıb:

“Bu, müasir beynəlxalq hüququn bütün normaları, xüsusən də beynəlxalq mülki aviasiya qaydaları baxımından ciddi pozuntudur. Rusiya Federasiyası mülki uçuşlar üçün milli hava məkanının təhlükəsizliyinə cavabdehdir. Bundan əlavə, məlumatlar arasında Rusiya Federasiyasında hava nəzarətinə cavabdeh olan səlahiyyətlilərin zədələnmiş təyyarənin yaxınlıqdakı hava limanlarına enməsinə icazə verməməsi də var. Bu baxımdan, ikitərəfli münasibətləri yüksək səviyyədə olan Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlərin korlanmaması, Azərbaycan, Türkiyə və ümumilikdə türk dünyasının haqlı reaksiyalarına cavab vermək üçün, həmçinin zərərçəkənlərin və onların ailələrinin acılarının paylaşıldığının bəyan edilməsi yönündə Rusiyanın rəsmi açıqlama verməsini gözləyirik. Bu bəyanatda səmimi üzr və lazımi təzminat ödənməsi öhdəliyi də olmalıdır”.

www.yenicag.az

132
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv