Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkar edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə bu ölkədə yaşayan Axıska türklərinə müstəsna vətəndaşlıq hüququnun verilməsi sevinclə qarşılanmaqla bərabər buradakı Azərbaycan diplomatik korpusuna müraciət sayını da artırıb. Belə ki, xüsusilə Bursada yaşayan axıskalılar Azərbaycanın İstanbul Baş Konsulluğuna axın edərək, bu haqqdan yararlanmaq üçün müvafiq sənədləri almaq istəyiblər.