Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçı cinayətinin 11 dəqiqəlik səs yazısının təfərrüatı açıqlanıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, səs yazısına əsasən, 2 oktaybr saat 13:14-də konsulluğun A qapısından içəri girən Qaşıqçı onu öldürməyə gələn 15 nəfərlik qrupun 4 üzvü tərəfindən qarşılanıb.
Jurnalist içəri daxil olan kimi qrupdan biri onun qolundan tutub. Qaşıqçı isə “qolumu buraxın, nə etdiyinizi sanırsız?” deyərək reaksiya verib.
Səs yazısının 4 dəqiqəsində bu 4 nəfərlə Qaşıqçı arasındakı mübahisə yer alıb. Bir mərtəbə yuxarı – C girişində isə heç bir səs qeydə alınmayıb.
Bu 11 dəqiqəlik səs yazısından sonra təxminən 1 saat 50 dəqiqə səssizlik olub. Səssizlik ərəfəsində isə Qaçıqçının qətlə yetirildiyi və dublyorun hazırlandığı iddia edilir.
Bu səssizliyi pozan ilk səsin pilləkənlərdən sürətlə enən 3 nəfər səudiyyə səlahiyyətlisinə aid olduğu bildirilir.
Polis tərəfindən verilən açıqlamaya əsasən, Qaçıqçı konsulluğa gəlməzdən öncə binanın içərisində olan 19 kameranın hamısı deaktiv edilib.
Səs yazısında Qaşıqçının paltarlarını geyinən dublyorun “20 dəqiqə əvvəl öldürdüyümüz adamın geyimini geyinmək tükürpərdicidir, ayaqqabıları ayağımı sıxdı”, sözləri də yer alıb.
Bununla yanaşı dublyora təlimatlar da verilib: “İlk əvvəl 4 küçə get, sonra taksiyə min, “Sultanahmet”ə get. Orada geyimlərdən canını qurtar və konsulluq binasında bizimlə görüş”.
Video görüntülərdə də bu, öz təsdiqini tapıb. Binaya daxil olan dublyor 3 gün ərzində oradan çıxmayıb və sonra Türkiyədən Ər-Riyada qaçıb.
Təhlükəsizlik əməkdaşlarının və prokurorluq səlahiyyətlilərinin apardıqları araşdırmalara əsasən, Qaçıqçının əvvəlcə ifadəsi alınıb, daha sonra jurnalist yatızdırılıb və bədəni parçalara bölünüb.
Bunu sübut edən ən önəmli detal binanın üst mərtəbəsindəki hər 3 otağın divarlarının yenidən rənglənməsidir. Həmçinin, mərmər olan döşəmələr müxtəlif kimyəvi maddələr ilə təmizlənib. Ancaq axtarış qrupları bu kimyəvi maddələrin qalıqlarını, qətli sübut edən bəzi nümunələri aşkar ediblər.
Məhkəmə tibbi eksperti Salam Məhəmməd əl-Tviki iki fərqli nöqtədə barmaq izləri olduğunu bildirib.
www.yenicag.az