Bu gün Bakı Tikiş Evinin qarşısında məktəbli forması ilə bağlı izdiham yaşandığını əks etdirən videogörüntülər yayılıb. Valideynlər forma tapmaqda çətinlik yaşadıqlarını bildiriblər. Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bu vəziyyətlə bağlı bildirib ki, məktəbli formaları ilə bağlı nazirlik hər hansı şirkətlə əməkdaşlıq etmir və bu işlə özəl müəssisələr məşğul olurlar.
Hər il yeni dərs ilinin başlanması ərəfəsində dərsliklər və məktəbli formaları ilə bağlı ictimai müzakirələr aparılır. Bu il də istisna deyil. Valideynlər, xüsusən məktəbli formalarının materialının keyfiyyətsiz və baha olmasından narazıdırlar.