“Bu can Allahın əmanətidir və Allahın əmanətini qoruyun. Bu, bizim borcumuzdur. Bu can əmanətinin necə qorunması barədə də bizdən sorğu-sual olunacaq. Bu mənada insanlarımıza səslənirəm ki, Məhərrəmliklə bağlı tədbirlərə qatılmaq sağlamlığımıza böyük zərbə vura bilər”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qazısının təşkilatçılığı ilə Lənkəran şəhər “Cümə” məscidində Məhərrəmlik ayına həsr edilmiş tədbir keçirilib.