Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (KİMM) verilən məlumata görə, Azərbaycan elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiberhücumlar gözlənilir. KİMM dövlət və qeyri-dövlət informasiya resursları inzibatçılarını, eləcə də fişinq tipli hücumlara qarşı vətəndaşları diqqətli və ayıq-sayıq olmağa çağırır.
ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə bəzi "Android" smartfonlarına müdaxilə etməyə müvəffəq olublar.
Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilib.
ABŞ-ın dövlət saytlarına kiber hücum olub. Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, xakerlər hökümət saytlarını dağıdaraq, “Tramp və sizin […]