!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prokurordan Trampa növbəti zərbə: “Rusiya işi” yenidən araşdırılır  

!Reklam – Yazi

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinn siyasi mübarizədə hakerlərlə işbirliyində ittiham olunur.

Yenicag.Az Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ-ın “Rusiya işi” üzrə xüsusi prokuroru Robert Müller prezident Trampın keçmiş müşaviri Maykl Flinnin prezidentliyə sabiq namizəd Hillari Klintonun məxfi yazışmalarının hakerlərdən alınmasında mümkün iştirakına dair təhqiqata başlayıb.

“The Wall Street Journal” nəşrinin yazdığına görə, hakerlərin əlinə keçən elektron məktubların axtarışını Respublikaçılar partiyasının fəalı, iş adamı Piter Smit təşkil edib. Qeyd olunur ki, Smit ötən ilin noyabrında keçirilmiş prezident seçkiləri ərəfəsində texniki ekspertlərdən ibarət qrup formalaşdırıb.

Smitin ifadəsinə əsasən, Flinn ona içində Klinton əleyhinə kompromat ola biləcək məktubların axtarışında kömək edib. İş adamı əlavə edib ki, o bu işləri

Trampın seçki qərargahı ilə bağlı olmayaraq, fərdi qaydada həyata keçirib.
Onun sözlərinə görə, axtarış nəticəsində Klintonun məxfi məktublarını ələ keçirdiklərini bildirmiş 5 haker qrupu ilə əlaqə yaradıb.

Hazırda prokuror Müller əsas diqqətini Flinnin bu işlərdə iştirakı olub-olmamasını müəyyənləşdirməyə yönəldib.

Yenicag.Az

COP29

www.yenicag.az

1077
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv