Bir neçə gün idi ki Qarabağda gərginliyin olduğu sezilirdi. Hər iki tərəf vəziyyətin stabil olduğunu söyləsə də, alınan informasiyalar tam əksini deyirdi. Yaranmış gərginlik dünən məntiqi sonluqla yekunlaşdı.
Fərrux dağındakı yüksəkliklərdə Azərbaycan ordusunun mövqe tutması o anlama gəlir ki, Fərrux kəndindən Azərbaycan ordusu çıxa bilməz, hətta çıxsa belə, o kənddə hansısa silahlının qalması mümkün deyil, intihara meyillilər xaric. Fərrux kəndi eyniadlı dağın yamacında, Xaçın çayının sahilində yerləşir. Yüksəklikdə kim oturubsa, təkcə o kəndə yox, ətraf kəndlərə də nəzarət edir deməkdir. Bunu birdəfəlik anlamaq lazımdır.