“Tağı müəllim öz işini normal görsəydi …”

media-hightechnic-468x90

kkk“Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı”.

Bu sözləri  danışan Metropolitenin sözçüsü Nəsimi Paşayev Tağı Əhmədovla bağlı yayılan korrupsiya hallarından danışarkən deyib.

Lakin N.Paşayev bildirib ki, deyilənlər açıq-aydın şişirdilib: “Metropolitenin nə qədər işçisi var ki, min nəfər də əlavə olaraq yazılsın? Əslində bizim burda hər hansı bir açıqlama verməyimizə ehtiyac yoxdur. Tağı müəllim öz işini normal görsəydi, işdən çıxarılmazdı. Təbii ki, nöqsanlar var. Amma Metropoliten rəhbərliyinin bu barədə hər hansı açıqlama verməsindən xəbərim yoxdur”.

Xatırladaq ki, Bakı Metropolitenin yeni rəisi Zaur Hüseynov sələfi Tağı Əhmədovu keçirdiyi iclasda ağır ittiham edib. O, T.Əhmədovun dövründə ciddi nöqsanların olduğunu bildirib.

Yeni rəisin sözlərinə görə, mindən çox “ölü can”a qeyri-qanuni maaş yazılıb. Hətta bu adamların içində doğurdan da həyatını itirmiş şəxslər var(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600