Taksilərlə bağlı NÖVBƏTİ ETİRAZ – “Hansısa monopolistin sabotajıdır” – VİDEO

media-hightechnic-468x90

“10 manatdan yuxarı məbləğ artıq sadəcə soyğunçuluq və quldurluqdur. Ona görə də bu biabırçı addım ləğv olunmalı, bütün qanuni fəaliyyət göstərən taksi şirkətləri sərnişinlərə xidmət etməlidir”.

Bunu Yenicag.az-a açıqlaması`nda sosioloq Elçin Bayramlı deyib.

media-elcin_bayramli

O, aeroport taksiləri üçün müəyyən olunan qiymətlərin yüksək olması ilə bağlı fikirlərini səsləndirib.

Sosioloq bildirib ki, belə bir qərarın verilməsi həm səhv, həm çox məntiqsiz, həm də qanunsuz addım idi:

“Bununla bütün sərnişinlərin xərci 3-4 qat artacaq. Halbuki həmin məsafə ilə şəhərdə qiymətlər 10 manata qədərdirsə, indi 40-50 manata yaxındır. Azad rəqabət mühitində bütün şirkətlər üçün bərabər imkanlar tanınmalıdır. Aeroport hansısa fövqəl bir yer deyil, sadəcə nəqliyyat mərkəzidir. Digər şirkətlərin oradan çıxarılması monopolist və qanunsuz addımdan başqa bir şey deyil. Burada heç bir məntiqi, iqtisadi və sosial əsası yoxdur”.

Onun sözlərinə görə, “10 manatdan yuxarı məbləğ artıq sadəcə soyğunçuluq və quldurluqdur:

“Ona görə də bu biabırçı addım ləğv olunmalı, bütün qanuni fəaliyyət göstərən taksi şirkətləri sərnişinlərə xidmət etməlidir. Eyni zamanda belə addım hansısa bir qrup monopolistin ölkəyə, dövlətə və millətə qarşı açıq sabotajıdır. Bunun qarşısı müvafiq orqanlar tərəfindən alınmalıdır”.

Daha ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa