!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Talassemiyalı uşaqların pullarını mənimsəyənlərin məhkəməsi: Bir nəfər zalda həbs edilib

!Reklam – Yazi

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər digər müttəhim Aysel Məmmədovanın barəsində də həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırıblar, vəsatət təmin olunub.

Zərərçəkən Tural Nəsimiyev deyib ki, təqsirləndirilən şəxslər ona maddi və mənəvi ziyan vurublar, ona görə də o, Aysel Məmmədovanın barəsində də həbs qətimkan tədbiri seçilməsini istəyir.

“İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. O, məhkəmədə vəd verdi ki, dəyən ziyanı ödəyəcək. Ona görə də, Aysel Məmmədova ev dustaqlığına buraxılmışdı. Lakin daha sonra o, verdiyi vədi yerinə yetirmədi, təqsirləndirilən şəxsin məhkəmə zalından həbs olunmasını istəyirəm”, – zərərçəkən deyib.

T.Nəsimiyevin sözlərinə görə, ona 59 min manat ziyan dəyib. Həmin puldan 10 min manatını Aysel Məmmədova, yeddi min manata yaxınını isə Nuridə Seyidova ödəyib. Ona dəyən ziyandan 43 min manatı hələ də ödənilməyib.

Digər zərərçəkən Ramin Dadaşov qeyd edib ki, ona 36 min manat ziyan dəyib. Ona dəyən ziyan ödənilmədiyi üçün Aysel Məmmədovanın barəsində olan qətimkan tədbirinin dəyişdirilməsini istəyir.

Zərərçəkən Kamil Əhmədov da eyni vəsatətlə çıxış edib. O, bildirb ki, ona dəyən 23 min manatdan cəmi 10 min manatı qaytarılıb.

Müttəhim Aynur Bayramova deyib ki, Nuridə Seyidova onu şantaj edib və bir neçə valideyni öyrədərək onun üzərinə göndərib.

Məhkəmə zalında həbs edilən müttəhim Aysel Məmmədova isə deyib ki, zərərçəkənlərin çoxu onu tanımır:

“Tural Nəsimiyev pulu Nuridə Seyidovaya verib. Daha sonra müqavilə bağlanılıb, çeki də təqdim olunub. Zeynəb Cəlilova da 25 min manat ödəniş etmişdi, onu götürüb Nuridənin göstərişi ilə başqa xəstəxanaya ödədim. Digər zərərçəkən Kamil Əhmədov 23 min manat mənə, mən də sürücüyə vermişdim. O, pulun qaytarılması üçün hədə-qorxu gəldiyi üçün Nuridəyə yönləndirdim ki, məsələni özü həll etsin”.

Məhkəmənin növbəti iclası iyunun 5-nə təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

COP29

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv