!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Taliban” ABŞ-nin nəzarətindən çıxdığı kimi, indi də kürd qruplaşmalarının eynilə davranmaları...” – ŞƏRH

!Reklam – Yazi

“Amerikanın bu fəallaşmasının arxasında Türkiyəyə təzyiq elementinin olduğu da açıq görünür ”.

Bu fikirləri Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra ABŞ-nin Suriyanın şimalında fəallığı artırmaq cəhdlərinin məqsədləri haqda danışan Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri, professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ generallarının Suriyaya səfərlərinin intensivləşməsi Vaşinqtonun bölgədə mövqelərini möhkəmləndirmək niyyətindən qaynaqlanır:

“Təbii ki, mövcud şəraitdə ABŞ generallarının Suriyanın şimal-şərqinə – kürd qruplaşmalarının nəzarətindəki ərazilərə səfərlərinin artması təsadüfi və səbəbsiz deyil.

Bildiyiniz kimi, bir müddət əvvəl Suriyanın şimalındakı konkret ərazidə təhlükəsizlik zonasının yaradılmasına dair Türkiyə, ABŞ və Rusiya arasında razılaşma əldə olunmuşdu. Lakin bu anlaşmanın şərtləri hələ də yerinə yetirilməyib.

Eyni zamanda, hazırda Türkiyənin diqqətinin zəlzələnin nəticələrini aradan qaldırmağa yönəldiyi bir şəraitdə ABŞ Suriyanın neftlə zəngin həmin bölgələrində mövqelərini gücləndirməyə çalışır. Bu fəallaşmanın arxasında Türkiyəyə təzyiq elementinin olduğu da açıq görünür.

Təbii, ABŞ-nin bu fəallığı, onun kürd terrorçu qruplaşmalara hərbi dəstəyini artırması, onlara təlim keçməsi toqquşma ehtimalını artırır. Hətta elə vəziyyət yarana bilər ki, artıq ABŞ də həmin qrupları idarə etməkdə çətinliklə üzləşə bilər. Bildiyiniz kimi, “Taliban” da vaxtilə ABŞ-nin birbaşa dəstəyi ilə yaradılmışdı. Ancaq sonralar “Taliban” ABŞ-nin nəzarətindən çıxdığı kimi, indi də kürd qruplaşmalarının eynilə davranmaları heç də istisna deyil”.

A.Zeynalov

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv