Əfqanıstanın şimal-şərqində yerləşən Baqlan vilayətində “Taliban” hərəkatı hərbi bazaya hücum edib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 45 əməkdaşı həlak olub.
Hadisə avqustun 15-nə keçən gecə baş verib. Həlak olanların 35-i hərbçi, 10-u isə yerli polis əməkdaşıdır.
Hüquq-mühafizə orqanları faktı təsdiqləyib.
Qeyd edək ki, ötən gün taliblər ölkənin şimal-qərbində yerləşən Fəryab vilayətindəki hərbi bazanı ələ keçiriblər. Atışma zamanı 17 əfqan hərbçi ölüb, 12-si yaralanıb.
Yerli şuranın rəhbəri Sıbhatullah Silab Müavinin sözlərinə görə, hücum vaxtı hərbi hissədə olan onlarla əsgərin taleyindən isə heç bir xəbər yoxdur.
Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib.