Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Taliban”ın hərbi və siyasi QANADI: “Molla Ömər”çilərlə “Haqqanilər” Əfqanıstanı nəyə çevirəcək?

Reklam: Sinerji Pro

Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirmiş “Taliban” hərəkatı daxilindəki qrupların necə dil tapacağı indidən maraq kəsb edir.

Ötən əsrin 90-cı illərinin ortalarında fenomen olaraq meydana çıxan “Taliban” hərəkatı öz başlanğıcını Qəndəhardakı mədrəsədən götürür. Bununla belə, “tələbələr” hərəkatın siyası qanadını təşkil etdikləri halda, hərəkatın hərbi qanadı Cəlaləddin Haqqani tərəfdarlarından ibarətdir.

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra ölkə üzərində nəzarəti yenidən ələ alan “Taliban” təqribən 25 il əvvəl tələbə hərəkatı kimi yaradılsa da, qısa müddətdən sonra özünün konkret ideologiyasına malik olan hərbi-siyasi struktura çevrildi.

1996-cı ildə Əfqanıstanda ilk dəfə hakimiyyəti ələ keçirən “Taliban” ölkədə uzun müddət davam etmiş vətəndaşı müharibəsinə son qoydu. Yuxarıda qeyd olunduğu kimi, iki qanaddan ibarət olan “Taliban”ın hərbi cinahını təşkil edən “Haqqnilər” daha sonra “Əl-Qaidə” və Üsamə bin Ladenlə ittifaqa girdilər.

Bununla belə, “Taliban”ın tərkibində qalan “Haqqanilər”in lideri Cəlaləddin Haqqani 2001-ci ilə qədər hökumətdə də təmsil olunurdu. Zaman keçdikcə “Taliban”ın daxilində müstəqil qüvvə kimi çıxış edən “Haqqanilər” həyata keçirdikləri bir sıra səs-küylü əməliyyatlarla diqqət mərkəzinə düşmüşdülər. Başqa sözlə, Pakistan və bəzi ərəb ölkələrindən hərbi-maddi yardımlar alan “Haqqanilər” artıq “Taliban”ın “vuran əli”nə çevrilmişdilər.

Cəlaləddinin 2018-ci ildə uzun sürən xəstəlikdən vəfat etməsindən sonra onun yerinə oğulları Siracəddin ve Enes geçti. Yaşca böyük olan Siracəddin hərbi liderliyi ələ aldı, Enes isə “Taliban”ın diplomatik heyətinə daxil oldu. “Taliban”ın Kabili ələ keçirməsindən sonra aparılan müzakirələr məhz Enes Haqqaninin rəhbərliyi altında aparılır. Qeyd olunur ki, Enes Haqqani Əfqanıstanın sabiq prezidenti Həmid Karzai və keçmiş baş nazir Abdulla Abdulla ilə görüşüb. Haqqnilərin əmisi olan Xəlil Haqqani isə Kabildə keçirilən cümə namazına rəhbərlik etməsi ilə gündəmə gəlmişdi.

Əsasən, Hənəfi məzhəbinə mənsub olan “Taliban” üzvləri Sovet işğalı dönəmində Əfqanıstana axın edən Sələfilərin müəyyən ənənələrini də qəbul ediblər. Mədrəsələrdə dərin təlim görən “Taliban”çılar üçün Molla Ömər və Cəlaləddin Haqqani iki ən nüfuzlu şəxs hesab olunur. Molla Ömər məhz Qəndəhar qanadının lideri olaraq, Əfqanıstan İslam Əmirliyinin liderliyinə yüksəlmişdi. 2013-cü ildə müəmmalı şəraitdə dünyasını dəyişən Molla Ömərin ölüm səbəbi bu gün də qızğın mübahisə mövzusudur.

Bu gün minlərlə əfqanın təyyarələrlə ölkəni tərk etmələrini göstərən mənzərə “Taliban”ın ikinci iqtidar dönəminin rəmzi kimi görünməkdədir. O təyyarələrin çoxu Qərb ölkələrinin Əfqanıstandakı personalını geri daşıyarkən, əfqanlar da özlərinin xaricə aparılması üçün hələ də yalvarırlar…

www.yenicag.az

180
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100