“Tamaşaçı ailəsi ilə televizora baxmaq istəyəndə…”
Televiziyada efir zamanı etikadan kənar ifadələrin işlənməsi zamanı kanal rəhbərliyi hansı addımları atmalıdır?
Teletənqidçi Xanlar Xoca hesab edir ki, etikadan kənar ifadələrin işlənməsi birbaşa tamaşaçıya təhqridir.
“İnsanlar televiziyaya adətən ailəvi baxırlar, verlişlərin də əvvəlində 13+ və ya 18+ xəbərdarlığı qoyulmur ki, kimsə öz azyaşlı qızını hansısa verliş başlamazdan qabaq dərs oxumağa göndərsin. Həmçinin texniki imkanlar yol verir ki, efirdə qəfil işlədilən biədəb ifadələr və dövlət, hakimiyyət əleyhinə təxribar xarakterli çıxışlar tamaşaçıya 5 dəqiqə gecikmə ilə ötürülsün. Belə olan halda söyüşün tam və ya yarımçıq, verlişdə, yaxud anonsda efirə verilməsini reytinq qazanmaq üçün tamaşaçıya hörmətsizlik kimi qəbul edirəm. Amma belə hallar artıq ölkəmizdə adiləşib, özəl telekanallarda kim necə istəyirsə o cür də edir. Tamaşaçı da ailəsi ilə televizora baxmaq istəyəndə adətən AzTV və İTV-ni seçir”-deyə teletənqidçi sözlərinə əlavə edib.
Kamran