Tanınmış Aktrisa TƏƏSSÜFLƏNDİ: "Çoxu xalq artistidir, bizsə..."

media-hightechnic-468x90

“İndi sənətə başqa yollarla gəlirlər və artıq hamısı xalq artistləridir.”

Bunu tanınmış aktrisa, Əməkdar artist Nahidə Orucova Yenicag.az-a açıqlamasında sənətə gələn yeni nəsil aktyorlarla bağlı fikirlərini bölüşərkən deyib.

Köhnə nəsil aktyorlarla yeni nəsil arasında böyük fərq olduğunu vurğulayan aktrisa gənclərin daha çox maddiyyat arxasında qaçdığını və daha çox özlərini düşündüklərini bildirib:

“Bizim dövrün aktyorları sənətə gələndə pul barədə düşünməmişik. Bu cameəyə sırf sənət üçün gəlmişik. Yəni heç vaxt maddiyyat güdməmişik. Əslində, peşəmizin fədaisi olduğumuz üçün o pulları sənətdə qazanmışıq da. İncəsənətin bir qolu aktyorluq, digəri müğənnilikdir. Amma müğənnilər bizdən çox qazandı, biz qazana bilmədik.”

Aktrisa yeni nəslin sənətə münasibətini tənqid edib:

“Bəziləri bunun rahat yolunu tapıb. Biz özümüzü sənətə qurban etmişik, amma indikilər sənəti özlərinə qurban edirlər. Ona görə də indi sənətə başqa yollarla gəlirlər və artıq hamısı xalq artistləridir. Amma biz hələ də pillə-pillə qalxırıq.”

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa