!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisa TƏƏSSÜFLƏNDİ: “Məndən olsa, İncəsənət Universitetini bağlayaram”

!Reklam – Yazi

“Məndən olsa, İncəsənət Universitetini bağlayaram”.

Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa Vəfa Zülfüqar deyib.

O, qeyri-peşəkarların meydan suladığını, əsl sənət adamlarının isə kənarda qaldığını təəssüf hissi ilə bildirib:

“Onsuz da indiki zamanda gərəksiz bir yerdir ora. Qeyri-peşəkarlar heç bir əziyyət çəkmədən Mədəniyyət və İncəsənət Universitetinə daxil olur, 4 il ayaq döymədən, səhnə danışığı dərsinə girməyib, səhnə danışığından xəbəri olmayanlar filmlərə çəkilirlərsə, demək ki, o universitetə ehtiyac yoxdur.
Türklər, əcnəbilər qeyri-peşəkarları çəksələr də, onlara ən azı 6 ay kurs keçirlər. Bizdə isə təəssüflər olsun ki, kurslar başqa olur.
Bir, ya iki film şirkətləri var ki, peşəkarlarla işləyir. Vəssalam. Ona görə də peşəkar aktyor və aktrisalar qalır qıraqda, hərə özününkünü çəkir qabağa ki, qoy çəkilsin, tanınsın. İndi seriallarimız tanışlıq bazarıdır. Bunu təəssüf hissi ilə deyirəm. Amma mən və mənim kimilər boşuna 4 il oxumuşuq. Mən yoxam seriallarda”.

Cəvahir

COP29

www.yenicag.az

89
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv