!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisadan SOS: “Aidiyyəti orqanlar hərəkətə keçməsə, fəlakət ola bilər...”

!Reklam – Yazi

“Hesab edirəm ki, belə dəhşətli hadisələrin qarşısını almaq üçün aidiyyəti orqanlar hərəkətə keçməlidir, əks halda, sonuc çox acınacaqlı və fəlakətli ola bilər…”

Bunu tanınmış aktrisa Zülfiyyə Nəzər Məmmədova son günlər baş verən zorakılıq hallarının artmasından narahatlığını dilə gətirərkən Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa həyəcan təbili çalıb:

“Son günlər cəmiyyətimizdə elə hadisələr baş verir ki, insan mat-məəttəl qalır, bu adamlar, həqiqətən, insan bətnindənmi əmələ gəliblər? Nə yeyiblər, nə içiblər? Məncə, artıq SOS siqnalının vaxtından da keçir. Bu günlərdə 4 oğlanin 14 yaşlı qızı zorlaması, dünən bir gəncin Bakının mərkəzində, insanların gözü qarşısında sevgilisinə 9 bıçaq zərbəsi vuraraq xəsarət yetirməsi dəhşətdir. İnsanların psixologiyası bərbaddan da bərbad vəziyyətə gəlib çatıb. Hesab edirəm ki, belə dəhşətli hadisələrin qarşısını almaq üçün aidiyyəti orqanlar hərəkətə keçməlidir, əks halda, sonuc çox acınacaqlı və fəlakətli ola bilər”.

Z.Məmmədova problemdən çıxış yollarını göstərib. O, həmçinin sosial şəbəkələrə də müəyyən yaş limitinin qoyulmasını vacib hesab etdiyini deyib:

“Məncə, təhsil ocaqlarında uşaqlara dərsliklərdən əlavə, bədii ədəbiyyat oxumağa alışdırmaq lazımdır. Onları teatra, kinoya getməyə məcbur etmək lazımdır. Çünki daxilən zəngin insan cəmiyyətə heç bir halda ziyan vura bilməz. Kasad təfəkkürlü bir insandan işıqlı sabah gözləmək gülünc bir şeydir. Sosial şəbəkələrə də müəyyən yaş limiti qoymaq lazımdır. Azyaşlı məktəb şagirdlərinin sosial şəbəkələrdən istifadəsinə nəzarət olunmalıdır”.

Cəvahir

www.yenicag.az

853
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv