!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış aktyor: “Məktəbli formasına verilən pula böyük adam üçün kostyum almaq olar”

!Reklam – Yazi

Orta məktəblərdə yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Hələ də bir çox valideyn baha olduğu üçün övladlarına məktəbli geyimləri ala bilməyib. Tanınmış aktyor Allahverdi Yolçuyev də məktəb formalarının hədsiz bahalığından narazıdır.

Yenicag.az-a açıqlama verən aktyor Elm və Təhsil Nazirliyinin bu məsələyə nəzarət etməli olduğunu bildirib:

“Mənim axırıncı nəvəm bu il birinci sinfə gedəcək. Məktəbli geyimlərinə baxırsan, çox bahadır. Sovetlərin dönəmində kitabı, məktəb formasını pulsuz verirdilər. Bəyənmirdik o dövrü. İndi bir uşağın məktəbli formasına verilən pula böyük adam üçün kostyum almaq olar. Bu, düzgün deyil. Çoxuşaqlı valideynlər var ki, bu qədər pulu verib məktəb forması almağa imkanı çatmır. Elm və Təhsil Nazirliyi buna diqqət etməlidir. Amma nazirlik nəyə nəzarət edir ki, buna da nəzarət etsin? Biz qara şalvar, ağ köynəklə orta məktəbi bitirdik. Kimin nəyi var, imkanı daxilində alıb, geyinib. Adicə ayaqqabı mağazasına gedirəm, görürəm, böyük insanlar üçün ayaqqabının qiyməti 15 manatadır, uşaqlar üçün isə 30 manat. Sonra da deyirlər ki, belə… Valideyn uşağını min-bir arzuyla dünyaya gətirir, belə çətinlikləri görəndən sonra deyirlər, ikinci uşağı dünyaya gətirmək lazım deyil. Nəticədə də genofondumuz məhv olur”.

Cəvahir

www.yenicag.az

1256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv