Tanınmış aktyordan müğənni qızına QADAĞA: ”Bərk-bərk tapşırmışam ki…”

media-hightechnic-468x90

“Bərk-bərk tapşırmışam, qalmaqaldan uzaq dur”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev müğənniliyə başlayan qızı Günellə bağlı danışarkən deyib.

O, şou-biznesə qatılan qızına dəstək olduğunu bildirib:

“Qızım sanki İlahidən vergi aldı, birdən-birə başladı oxumağa. Evdə zümzümə edirdi, amma inanmırdım bu dərəcədə səsinin olduğuna. Yeni mahnılar yazdırıb. Açığı, hələ ki toylara getməsini istəmirəm, amma şou-proqramlara qatılmasına qarşı deyiləm”.

Onun qızına tapşırığı da olub:

“Ayaqdan çəkmək bizim qədim adət-ənənəmizdir. İrəli gedən, uğurlu olan insanın həmişə yolunda tikan olmağa çalışıblar. Bu şou-biznesdir, bu aləmdə bilirəm ki, qızımı qalmaqala da çəkəcəklər, badalaq da vuracaqlar, paxıllıq da edəcəklər, ‘bostan’ına söz də atacaqlar. Amma bərk-bərk tapşırmışam ki, qalmaqaldan uzaq dur və sənətinlə məşğul ol”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa