!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış aktyordan SƏRT AÇIQLAMA: “Bu nə biabırçılıqdır, belə qiymətə məktəb forması olar?”

!Reklam – Yazi

“Bu nə biabırçılıqdır, belə qiymətə də məktəb forması olar?”

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktyor Reşat Kəsəmənli açıqlamasında bildirib.

Məktəbli geyimlərinin hədsiz bahalığından şikayətlənən aktyor bunun məntiqi açıqlamasını tələb edib:

Sənətçi məktəb formalarının qiymətinin ailələrin orta aylıq büdcəsi ilə uyğun gəlmədiyini vurğulayıb:

“Bir uşağın ortalama məktəb geyiminin qiyməti 200 manata başa gəlir. Adi 2-ci sinif şagirdi üçün sadə göy şalvar 30 manatdır. Bu da o deməkdir ki, bir ailədən azı iki uşaq məktəbə yola salınırsa, təkcə geyimlərinə 400 manat verilməlidir. Hələ üstünə ləvazimatları gəlsək, ümumi 600 manat edir. Sual olunur: Bir evə ortalama 1500 manat pul gəlirmi? Bu qiymətləri tənzimləyən nə düşünür, görəsən? Bunun bir məntiqli açıqlaması varmı? Uşaqlara verilən təhsilin səviyyəsi də geyimlərin qiyməti qədər yüksəkdirmi?”

Cəvahir

www.yenicag.az

382
Ads
www.veteninfo.com
!Reklam – Arxiv