Tanınmış aparıcı BOĞAZA YIĞILDI: “Bəsdirin, yalan danışdınız”
“Verilişlər yalançı, saxta əvvəlcədən qurulmuş ssenari əsasında qalmaqalları təqdim edir”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Mikayıl Güləddinoğlu deyib.
Aparıcı saxta qalmaqallar yaradıb, verilişlərinin reytinqini qaldıran və gündəmə gələn həmkarları və eləcə də müğənnilərdən danışaraq, onların paxırını açıb:
“Təəssüflər olsun ki, bu gün qızıl xırdalayırsan, tutarlı bir söz deyirsən, səs-səda salmır, amma nə isə bir qalmaqallı söz söyləyirsən, – baxmayaraq ki, bunu mən etmirəm – o söz, o hərəkət gündəm olur. Təəssüflər olsun ki, tamaşaçı ən çox qalmaqala baxır, ciddi verilişin reytinqi olmur. Baxmayaraq ki, əksəriyyəti saxta qalmaqallardır. Aparıcı, müğənni qabaqcadan sözü bir yerə qoyur ki, gəl, efirdə qalmaqal edək, hamı bizdən danışsın, gündəm olaq. Həqiqətən də elə olur. Yəni əvvəllər bunu demirdim, amma sözün əsl mənasında boğaza yığıldım və deməyə məcbur oldum.
Bəsdirin yalandan danışdınız. Ağılsız hərəkətin izlənməsinə baxın… Hər halda, bunu tamaşaçı, özümüz izləyirik, yadplanetlilər gəlib izləmir ki… Çıxaq, verilişlərin birində Hüseyn Caviddən, Cəlil Məmmədquluzadədən, dünya ədəbiyyatından, dünya klassik musiqisindən söhbət açım, o verilişə “YouTube”da 10-15 nəfər baxa, ya baxmaya. Amma çıxıb ona söz atım, o da mənə söz atsın, vəssalam, hamı baxacaq. Ona görə də hamı yalan danışır. Verilişlər yalançı, saxta, əvvəlcədən qurulmuş ssenari əsasında qalmaqalları təqdim edir. Tamaşaçı da bu yalançı ssenariyə aldanır və baxır”.
Cəvahir