!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcını çəkindirən REAKSİYA: “Qısa geyindiyimə görə mənə yazdılar ki...”

!Reklam – Yazi

 

“Çalışıram, onları qıcıqlandıracaq, mənə olan sevgini azaldacaq addım atmayım”.

Bu sözləri tanınmış aparıcı Aytəkin Mərdanova Yenicag.az-a açıqlamasında deyib.

Qarderobundan və geyim tərzindən danışan aparıcı “kiminsə zövqü ilə hesablaşırsanmı?” sualını da cavablandırıb:

“Həyat yoldaşım həmişə deyir ki, çalış elə geyin, geyminə görə nə sənə, nə də mənə söz gəlməsin. Çünki nisbətən açıq-saçıq geyindiyim ziyafət geyimi olub, buna görə həyat yoldaşımın sərt reaksiyası ilə qarşılaşmışam. Bir baxışından anlamışam ki, nə demək istəyir. Buna görə də geyimlərimi seçəndə mütləq şəkildə onu nəzərə alıram.

Əslində, xaraktercə eləyəm ki, açıq-saçıq geyimləri sevmirəm. Qarderobumda normal uzunluqda qısa ətəklər çoxdur, amma xüsusilə, sinə dekolleli paltarları heç vaxt geyinmirəm. Tamaşaçı fikrinə də həmişə hörmətlə yanaşıram. Çalışıram, onları qıcıqlandıracaq, mənə olan sevgini azaldacaq addım atmayım. Geyim məsələsində də onları nəzərə alıram.

Monika Belluççinin çox sevdiyim məşhür bir kəlamı var: “Gözəllik o halda təbii və maraqlı olur ki, geyimlə örtülür”. Yəni şərt o deyil ki, açıq-saçıq geyinəsən, qadın həm də təbii və maraqlı olmalıdır…

Bir neçə dəfə təsadüfən verilişlərimdə nisbətən açıq, qısa geyimdə olmuşam, tamaşaçılarımın fərqli, qəribə reaksiyaları ilə üzləşmişəm. “Aytəkin xanım da artıq açıq-saçıq geyinməyə başladı”, – deyiblər.

Efir geyimlərimi də çalışıram özüm seçim. Çünki öz zövqümə güvənirəm. Bəzi hallarda bacımın zövqü ilə hesablaşıram. Mənə görə, qarderobumda az, amma bahalı, brend geyimlər olsun. Xüsusən də ayaqqabı, çanta və kəmər alanda, buna xüsusi diqqət edirəm”.

Cəvahir

COP29

www.yenicag.az

1314
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv