Reklam

Reklam

Dünən səhər saatlarında qəfildən dünyasını dəyişən tanınmış aparıcı Kamran İsrafilovla Mərdəkandakı evində vida mərasimi keçirilir.

Yenicag.az-ın əməkdaşı dəfn mərasimində iştirak edir. Tanınmış sənət adamlarının qatıldığı dəfn mərasimində tükürpədən məqamlar yaşanıb. Aparıcının anası oğlu ilə bağlı bu sözləri deyib:

“Oğlum əlimdən qəfil getdi, son sözünü deyə bilmədi”.

Aparıcının ailəsi çəkilişə icazə verməyib. Buna səbəb, Kamranla bağlı mediada yayılan yalnış məlumatlar olub. Belə ki, mərhum aparıcının ürəyinin xəstə olması və uzun müddət müalicə alması ilə bağlı xəbərlər yayılıb. Yaxınları buna etiraz edərək, onun heç vaxt ürəyindən müalicə almadığını və qəfil öldüyünü deyib.

Mərhumun torpağa tapşırılması üçün ailəsi onun xaricdə yaşayan qardaşının gəlməsini gözləyir. Dəfn saat 15:00-da baş tutacaq.

Qeyd edək ki, Kamran İsrafilov Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri idi. “İTV” telekanalında uşaq və digər verilişlərin aparıcısı olub. 2016-cı ildən Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4402
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.