Tanınmış bəstəkardan Xocalı harayı-Video

media-hightechnic-468x90

84602Azərbaycanını tanınmış bəstəkarı Sevinc Tofiqqızı Xocalı Soyqırımının 23-cü ildönümü ilə əlaqədar Xocalı şəhidlərinin əzizi xatirəsinə həsr etdiyi kompazisyasına çəkdirdiyi klipin təqdim edib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, təbirdə çıxış edən Sevinc Tofiqqızı bildirib ki, “Xocalı Fəryadı”adlı kompozisiyasın Xocalı şəhidlərinə həsr edib: “ Mən bu kompazisiyamı Xocalı şəhidlərinə həsr etdim və klip çəkdirdim. Bir bəstəkat kimi bu işi görmək mənim borcum idi. Klipin rejissoru Əziz Orucov aranjimanı isə Osman Həmidovdur.

Mənim üçün çox ağır olsa da bu klipdə rol aldım və Xocalının o, ağrı günlərini yaşamış kimi oldum. Klipdə mənimlə bərabər balaca Nərmin İmamquliyevada çəkildi. Təqdimatın keçirilməsində bizə dəstək verən Şuşa İcra Hakimiyyətin başçısı Bayram Səfərov öz təşəkkürlərimi bildirirəm”.

Mərasimdə bəstəkar Sevinc Tofiqqızı ilə yanaşı, Xocalıda validenlərinin itirmiş uşaqlar, Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Dağlıq Qarabağ İcmanın İdarə heyyətinin üzvləri, Şuşa Rayon İcra aparatının məhsul işçiləri, Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev, xalq artisti Flora Kərimova, şairə İradə Alili, Milli məclisin sosial siyasət komitəsinin səhiyyə və idman üzrə eksperti Vüqar Ferzizadə, şair Vaqif Nəcəfoğlu, Taykvando olimpiya çempionu Aynurə, dünya çempionu Rauf İbrahimoğlu və başqaları iştirak edib.

Onu da deyək ki, təqdimat mərasimi Şuşa İcra Hakimiyyətə tərəfindən təşkil olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600