Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Tanınmış ekspertdən HƏYƏCAN TƏBİLİ: "Bu maskalar virusu asanlıqla digər insana ötürür"

“Kofta, şalvar, bir sözlə, nədən gəldi maska tikib istifadə edir və bununla da özlərini virusdan qorumuş sayırlar. Çox vaxt belə maskalar vasitəsi ilə virus asanlıqla digər insana ötürülür”.

Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov kustar üsulu ilə tikilən maskaların koronavirusun yayılmasında rolunu dəyərləndirərkən deyib.

Ekspert bu sahədə əhali arasında maariflənmə işinin də zəif olduğunu bildirib:

“Kofta, şalvar, bir sözlə, kim nədən gəldi maska tikib istifadə edir və bununla da özünü virusdan qorumuş sayır. Bu, doğru deyil, əslində hər bir malın standartı var. Çox vaxt belə maskalar vasitəsi ilə virus asanlıqla digər insana ötürülür. Təəssüf ki, maska istehsal edən fabrikin işçiləri və mütəxəssislər bununla bağlı əhali arasında heç bir maarifləndirmə işi aparmır. İnsanlara başa salmaq lazımdır ki, harada və nədən gəldi tikilən maskalardan istifadə etməsinlər.

Bəzi işbazlar bu vəziyyətdən istifadə edir, nəticədə tibbi standartlara cavab verən əsl maskalar qalır kənarda”.

E.Hüseynovun sözlərinə görə, maskaların təkrar istifadəsi doğru deyil:

“Maskaların yuyulub yenidən istifadə olunması da düzgün deyil. Əslində maskaların qiyməti o qədər ucuz olmalıdır ki, istehlakçı onu ala bilsin. Bir ailədə beş nəfər varsa, iki saatdan bir maska dəyişərsə, aya 100-150 manat pul edir. Düzdür, bazar iqtisadiyyatıdır, lakin tələb- təklif məsələsi nəzərə alınmalıdır.
Buna görə də maskaların qiymətinin dövlət tərəfindən tənzimlənməsi həyata keçirilməlidir”.

Cəvahir

www.yenicag.az

2304