Tanınmış ilahiyyatçını ölümlə hədələdilər
Terror dili ilə danışan naməlum şəxs ilahiyyatçının maşınını partladacağını yazıb.
Tanınmış ilahiyyatçı Elşad Miri sosial mediada ölüm təhdidi alıb.
Onun iştirak etdiyi bir televiziya proqramının “YouTube” videoportalına yerləşdirilmiş videoyazısına “gunahgar huseynov” niki ilə təxminən 2 həftə əvvəl şərh yazan tamaşaçı nifrinlər yağdırmaqla, kifayət qədər agır təhqiramiz ifadələr işlətməklə yanaşı, konkret vaxt göstərməklə ölümlə təhdid edib. Eynən terror hədəsini xatırladan ifadələr işlədən tamaşaçı ilahiyyatçını “maşında gedəndə partladacağını” yazıb. O, bu əməli yaxın 3 ay içində həyata keçirəcəyini də bildirib.
Elşad Mirinin verdiyi məlumata görə, artıq bununla bağlı aidiyyəti dövlət qurumlarını məlumatlandırıb.
İlahiyyatçı onu da bildirib ki, əvvəllər də təhdid olunub. Buna səbəb isə dini maariflənmə ilə bağlı çağırışları, cəhalətə və xürafata qarşı fikirləri, dini bölücülüklə mübarizədə səsləndiridiyi sərt fikirlərdir.
Sonda təhdid dolu şərhi olduğu kimi təqdim edirik:
“gunahgar huseynov
2 недели назад
ibnə sənin kimiləridi bilki elşad kimilərini insallah maşında gedəndə bilki partladacam elşad en savadsız adami allah setana möhlət verdi qiyamət gununə kimi bilki insallah bu yaxınlarda insallah 2 demirəm insallah 3 ay ərzində elşad miri qəzaya ducar olacaq bunu bil allahin izni ilə oda gorəcəksənki allahin qəzəbinə gəldi sən elşad miri kimi ibnə ilə gəz aqibəti super olacaq elşad münafiq və muşruk kimi danisir allah sərik sirk qosur bilki bu elşad olən gunu bu youtubeda onun şəkilərini mataj vidiyo ilə yaradıb bu sayitə qoyacam ki bu kafir elşad miri idi islam dininə qarşı zidd gedirdi bilki insallah insallah cox cəkməz 90 gun ərzində cezər oda hak ədaləti yaxsi tanimirsan”(a24.az).